BMT rəsmisi: "Azərbaycan hökuməti miqrasiya sahəsində böyük uğurlara imza atıb"

BMT rəsmisi: "Azərbaycan hökuməti miqrasiya sahəsində böyük uğurlara imza atıb"
# 13 sentyabr 2019 13:29 (UTC +04:00)

"Azərbaycanın miqrasiya ilə bağlı qanunvericiliyi təqdirəlayiqdir və hökumət miqrasiya sahəsində böyük uğurlara imza atıb". APA xəbər verir ki, bunu BMT-nin Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə Komitəsinin iclasında çıxışı zamanı Komitənin sədri vəzifəsini icra edən Can Ünver bildirib. Onun sözlərinə görə, bu gün miqrasiya qlobal problemlərdən biridir: "Bu isə dünya dövlətlərinə təsirsiz ötüşmür. Milyonlarla insan daha yaxşı həyat yaşamaq üçün bir ölkədən digərinə köç etməkdədir. Amma onlar təyinat ölkəsinə getdikdən sonra da orada çoxsaylı problemlərlə üzləşirlər. Bu situasiya onları daha da həssas qruplara daxil edir. Əfsuslar olsun ki, onlar belə arzuolunmaz situasiyada müdafiə olunmaq gücündə olmurlar. BMT bu problemlərin həlli üçün ciddi cəhdlər göstərir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR