BMTM Türkiyədəki beyin mərkəzləri ilə əməkdaşlığı genişləndirir

BMTM Türkiyədəki beyin mərkəzləri ilə əməkdaşlığı genişləndirir
# 23 noyabr 2019 11:01 (UTC +04:00)

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) Türkiyədə fəaliyyət göstərən beyin mərkəzləri ilə əməkdaşlığı genişləndirir.

Mərkəzdən APA-ya verilən xəbərə görə, BMTM sədri Fərid Şəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 18-22-də Ankarada səfərdə olub.

Səfər zamanı nümayəndə heyətini Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev və icmanın digər üzvləri müşayiət ediblər.

Onlar Türkiyənin aparıcı beyin mərkəzləri olan Türkiyə İqtisadi Siyasət Araşdırmaları Mərkəzi (TEPAV), Türkiyə Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzi, Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondu (SETA), Strateji Düşüncə İnstitutu (SDE), Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzi (ORSAM) və Avrasiya Araşdırmalar Mərkəzində (AVİM) görüşlər keçiriblər.

BMTM sədri Fərid Şəfiyev görüşlər zamanı yeni yaranmış mərkəz barədə məlumat verib. O bildirib ki, BMTM-in əsas hədəflərindən biri dünyada və xüsusilə qonşu ölkələrdə fəaliyyət göstərən beyin mərkəzləri ilə əməkdaşlığı genişləndirməkdir.

Fərid Şəfiyev həmçinin mərkəzin əsas fəaliyyət sahələrindən birinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, onun araşdırılması və dünya ictimaiyyətinə çatdırılması olduğunu vurğulayıb.

Bu xüsusda Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev icma və onun fəaliyyəti barədə məlumat verib.

Görüşlər zamanı beyin mərkəzləri ilə əməkdaşlıq perspektivləri, birgə layihələr, konfranslar barədə müzakirələr aparılıb, əməkdaşlıq üçün qarşılıqlı maraq ifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR