Bolqar nazir: “Azərbaycanla əlaqələrimizdə enerji mühüm məqamlardan biridir” 

Bolqar nazir: “Azərbaycanla əlaqələrimizdə enerji mühüm məqamlardan biridir” 
# 24 iyun 2019 12:58 (UTC +04:00)

“Enerji məsələsi əlaqələrimizdə dair ən mühüm məqamlardan biridir”.

APA-nın məlumatına görə, bu sözləri Bolqarıstanın xarici işlər naziri Yekaterina Zaxariyeva xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra birgə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan Bolqarıstan üçün mühüm tərəfdaşlardan biridir: "Yunanıstanla Bolqarıstan arasında inşa edilən boru xətti Azərbaycandan gələn qazı Avropaya ötürmək imkanı verir. 2020-ci ildən sonra əlaqələri necə inkişaf etdirmək barədə düşünürük. Azərbaycan qazının bütün Balkan regionuna ötürülməsi üçün şəbəkəmiz var. Turizm sahəsində əlaqələri inkişaf etdirmək üçün imkanlar var. Ötən il Azərbaycanla Bolqarıstan arasında ticarət dövriyyəsi 34 milyon dollar olub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR