Britaniyalı rəsmilər: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcək”

Britaniyalı rəsmilər: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcək”
# 20 sentyabr 2019 18:57 (UTC +04:00)

Böyük Britaniyanın Beynəlxalq Ticarət üzrə Dövlət katibi Elizabet Truss və Avropa və Amerika ölkələri üzrə naziri Kristofer Pinçer “Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümü ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

APA-nın xəbərinə görə, məktubda deyilir:

“1994-cü ildə Heydər Əliyev və Con Braun tərəfindən imzalanan “Əsrin müqaviləsi”nin 25-ci il dönümü münasibətilə Sizə və Azərbaycan xalqına təbrik yazmaq bizim üçün böyük şərəfdir.

Bu əlamətdar hadisə bu gün iki ölkənin məmnun qaldığı yaxın siyasi və ticari əməkdaşlığın başlanğıcı idi.

Əsrin son rübündə BP-nin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə əməkdaşlığının böyük uğur qazanması sübut olunub və bu, başqaları üçün enerji sektorunda heyranedici əməkdaşlıq nümunəsi təşkil edir.

2017-ci ildə müqavilənin müddətinin uzadılması bu tarixi əməkdaşlığın gələcək onilliklər ərzində daha da çiçəklənməsinə təminat verir.

“Əsrin müqaviləsi”nin imzalanması dünyaya nümayiş etdirdi ki, Azərbaycan suveren və müstəqil dövlətdir, Azərbaycan xalqı ölkənin təbii resurslarının hüquqi sahibidir. Cənub Qaz Dəhlizinin tamamlanması ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcək. Biz gözləyirik ki, davam edən əməkdaşlığımız daha da güclənəcək. Biz bir daha Sizi, Azərbaycan hökumətini, Azərbaycan xalqını, ARDNŞ-i, BP şirkətini və Böyük Britaniyanın Azərbaycandakı biznes cəmiyyətini bu tarixi anı yaratdığı üçün təbrik edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR