Çavuşoğlu: "ABŞ Türkiyəyə verdiyi vədi yerinə yetirmədiyi üçün Suriyanın şimalında əməliyyata başladıq”

Çavuşoğlu: "ABŞ Türkiyəyə verdiyi vədi yerinə yetirmədiyi üçün Suriyanın şimalında əməliyyata başladıq”
  • Clock-gray 21:26
  • calendar-gray 14 Oktyabr 2019

“Dünyada siyasətçilərin populizmə yuvarlandığını görürük. Bu baxımdan media cəmiyyəti maarifləndirməlidir”.

APA-nın məlumatına görə, bunu bu gün “Qlobal medianın inkişaf trendləri: Risklər və imkanlar” Bakı Beynəlxalq Media Konfransında Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib. 


M.Çavuşoğlu deyib ki, 5 gündür, Suriyanın şimalında Türkiyəyə təhdid yaradan YPG/PKK terror təşkilatına qarşı mübarizəyə başlanıb: “Kürdlərlə PKK terror təşkilatını eyniləşdirirlər. Bu, kürdlərə həqarətdir. Kürdlər də barış istəyir. Kürdlərlə PKK-nı bir tutmamaq lazımdır. Avropa və digərlərinin fərqli mövqelərini görürük. Məqsəd Suriyanın şimalında terror təşkilatı yaratmaq, bununla İranın önünü kəsmək və Türkiyədə qeyri-sabitlik yaratmaqdır. Bəzilərinin terror dövləti qurmaq istədiklərini bilirik və böyük bir oyunu pozduğumuz üçün narahatdırlar. Bu mübarizəni bu gün aparmasaydıq, sabah mübarizə çətin olacaq, bəlkə də mümkün olmayacaq. Bu terrorla bu gün mübarizə həyati dərəcədə önəmlidir. Kimsə bizə dərs verməyə çalışmasın. Əsgərimizin həssaslığını bütün dünya görür. Biz həssas olmasaydıq, 4 milyon qaçqını ölkəmizdə saxlamazdıq. Kimsə bizi bölgədə demoqrafik durumu dəyişdirməkdə də ittiham edə bilməz. YPG/PKK ən çox elə oradakı kürdlərə zülm edib. Son nəticədə də Suriyanın torpaq bütövlüyü qorunacaq. Biz terrorçuları təmizləyənə qədər əməliyyatlara davam eldəcəyik”.

Türkiyə Xarici İşlər naziri qeyd edib ki, Türkiyəyə sanksiyalar tətbiq etmək yolu ilə heç kəs nəticə əldə edə bilməz: “Türkiyəyə verilən sözlərə əməl etmək lazımdır. ABŞ Türkiyəyə verdiyi vədini yerinə yetirmədiyi üçün Suriyanın şimalında əməliyyata başladıq”.

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date