Dərbənddə "Dərbənd Avropa İslamının beşiyidir" adlı beynəlxalq tədbir keçiriləcək

Dərbənddə "Dərbənd Avropa İslamının beşiyidir" adlı beynəlxalq tədbir keçiriləcək
# 23 sentyabr 2019 13:06 (UTC +04:00)

Sentyabrın 25-26-da Dərbənd şəhərində "Dərbənd Avropa İslamının beşiyidir" adlı beynəlxalq tədbir keçiriləcək.

APA-nın xəbərinə görə, dəyirmi masa Avropa Müsəlman Forumunun təşəbbüsü, Dərbənd İslam Universiteti və "Bab əl-Əbvab" təşkilatının iştirakı, habelə Dağıstan Respublikası Müftiliyinin və Dərbənd Administrasiyasının dəstəyi ilə baş tutacaq.

Tədbirdə dünyanın bir çox ölkələrindən olan İslam alimləri, millət vəkilləri, universitet rektorları iştirak edəcəklər.

Azərbaycanı dəyirmi masada Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa təmsil edəcək. O, tədbirdə məruzə ilə çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR