Azərbaycan-Gürcüstan sərhədinin razılaşdırılmamış ərazilərinə ekspertlərin ikinci baxış tarixi açıqlanıb.
Gürcüstan Xarici İşlər Nazirliyindən (XİN) APA-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan-Gürcüstan sərhədinin razılaşdırılmamış ərazilərinə ekspertlərin ikinci baxışı gələn həftə baş tutacaq.
Qeyd olunub ki, ekspertlərin səfəri reallaşdıqdan ən qısa müddət sonra Hökumətlərarası birgə Komissiyanın görüşü keçiriləcək.