Əlcəzair Azərbaycana yeni səfir təyin edib

Əlcəzair Azərbaycana yeni səfir təyin edib
# 23 avqust 2019 13:33 (UTC +04:00)

Əlcəzair Xalq Demokratik Respublikası Azərbaycana yeni səfir təyin edib.

APA-nın xəbərinə görə, Prezident Əbdülqadir bin Salahın sərəncamı ilə Səlimə Abdelhaq Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycanda yeni fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Qeyd edək ki, səfirlik Türkiyədə yerləşir.

Əlcəzairin Azərbaycandakı diplomatik nümayəndəliyindən verilən məlumata görə, Ridha Nebais isə Azərbaycanda müvəqqəti işlər vəkili təyin olunub. O, sentyabrın 1-dən fəaliyyətə başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR