Elmar Məmmədyarov Almaniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib

Elmar Məmmədyarov Almaniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib
# 08 iyul 2019 20:47 (UTC +04:00)


Xarici İşlər naziri Elmar Məmmədyarov Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunan səfiri Volfqanq Maniqi qəbul edib.

XİN-dən APA-ya verilən məlumata görə, görüşdə tərəflər ölkələrimiz arasında mövcud olan münasibətlərin siyasi, iqtisadi, ticarət, mədəni və digər sahələrdə inkişafından məmnunluq ifadə ediblər.

Tərəflər, həmçinin ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional enerji və nəqliyyat layihələri üzrə, eləcə də qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Səfir Volfqanq Maniq etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Nazir Elmar Məmmədyarov Almaniyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR