Azərbaycan XİN başçısı: “Türk Şurasının Macarıstan ofisi Aİ ilə əlaqələri genişləndirməyə imkan verəcək”

Azərbaycan XİN başçısı: “Türk Şurasının Macarıstan ofisi Aİ ilə əlaqələri genişləndirməyə imkan verəcək”
# 19 sentyabr 2019 13:52 (UTC +04:00)

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Budapeştdə Türk Şurasının Nümayəndəliyinin açılış mərasimində iştirak edib.

APA-nın xəbərinə görə, açılış mərasimində çıxış edən E. Məmmədyarov Nümayəndəliyin açılışı üçün Macarıstan hökumətinə təşəkkür edib.

O bildirib ki, Türk Şurasının Budapeştdə Nümayəndəliyinin açılması ilə bağlı təşəbbüsü Macarıstanın Baş Naziri Viktor Orban Türk Şurasının Qırğızıstanda keçirilən VI sammitində irəli sürüb.

Nazirin sözlərinə görə, sammit müddətində Macarıstana müşahidəçi statusu verilib: “Bu da Türk Şurasının tarixində və onun onun genişlənməsi istiqamətində tarixi bir məqam idi. Müşahidəçi statusundan sonra Macarıstan Türk Şurası və ona üzv ölkələrlə əməkdaşlığı daha da genişləndirmək istiqamətində qətiyyətli addımlar atıb. Macarıstan və üzv ölkələr arasında müxtəlif sahələrdə əlaqələr uğurla inkişaf etdirilib. Biz əminik ki, Nümayəndəlik əməkdaşlığın növbəti mərhələyə keçməsi üçün mərkəz rolunu oynayacaq. Eyni zamanda, Türk Şurasına Macarıstanla, o cümlədən Avropa İttifaqı (Aİ) ilə əlaqələri genişləndirməyə imkan verəcək”.

E. Məmmədyarov qeyd edib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü oktyabrın 14-15-də Bakıda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR