Elmar Məmmədyarov Pontifik Şərq İnstitutunun rektoru ilə görüşüb

Elmar Məmmədyarov Pontifik Şərq İnstitutunun rektoru ilə görüşüb
# 17 sentyabr 2019 19:16 (UTC +04:00)

Xarici İşlər naziri Nazir Elmar Məmmədyarov Müqəddəs Tax Taca rəsmi səfəri çərçivəsində bu ölkənin Pontifik Şərq İnstitutunun rektoru David Nazar ilə görüşüb.

Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, görüş zamanı rektor David Nazar təmsil etdiyi institutun yaranma tarixi və fəaliyyəti haqqında məlumat verib. Daha sonra D.Nazar institutun Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu qeyd edərək, bu əməkdaşlığın Azərbaycan ilə Vatikan arasında mövcud olan əlaqələrin inkişaf etdirilməsinə xidmət edəcəyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov səmimi qarşılanmaya görə təşəkkürünü bildirərək, ölkəmizin sözügedən institutla əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb. Nazir Heydər Əliyev Fondu tərəfindən Vatikanda həyata keçirilmiş layihələri haqqında məlumat verib.
Görüş zamanı XİN-in Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) ilə Pontifik Şərq Institutu(POI) arasında Anlaşma Memorandumu imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR