Ərdoğanın Azərbaycana səfəri zamanı iki ölkə arasında Preferensial Ticarət Sazişi imzalanacaq

Ərdoğanın Azərbaycana səfəri zamanı iki ölkə arasında Preferensial Ticarət Sazişi imzalanacaq
# 16 sentyabr 2019 18:49 (UTC +04:00)

“Bir ay sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısında iştirak etmək üçün Azərbaycanda səfərdə olacaq”.

APA-nın məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay bildirib.

F. Oktay deyib ki, toplantı çərçivəsində Azərbaycan və Türkiyə prezidentləri arasında görüş keçiriləcək: “Hazırda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 3,2-3,3 milyard dollar civarındadır. Bu il imzalanacaq Preferensial Ticarət Sazişi ticarət dövriyyəsini daha da artırmağa imkan verəcək. Preferensial Ticarət Sazişi üzərində iş artıq başa çatıb, istəyirik ki, Sazişi prezidentlərimiz imzalasın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR