Erkan Özoral: “Türkiyə 3 milyon 650 mindən çox suriyalıya qucaq açıb”

Erkan Özoral: “Türkiyə 3 milyon 650 mindən çox suriyalıya qucaq açıb”
  • Clock-gray 16:05
  • calendar-gray 21 Oktyabr 2019

“Türkiyə 3 milyon 650 mindən çox suriyalıya qucaq açıb. Biz onlara qardaşlığımızı göstərmişik”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

O bildirib ki, Türkiyə bu günə kimi suriyalı qaçqınlar üçün 40 milyard ABŞ dolları məbləğində vəsait xərcləyib: “Avropa İttifaqı söz verdiyi 6 milyard avrodan yalnız 3 milyardını verib”.

E. Özoral qeyd edib ki, Türkiyə terrorla mübarizədə heç bir ölkədən kömək almayıb: “Əksinə, bəzi ölkələr mübarizə apardığımız terror təşkilatlarını silah-sursatlarla təmin edərək yardım göstərib”.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date