Səfir: "Fransa ilə Azərbaycanı dostluq əlaqələri bağlayır"

Səfir: "Fransa ilə Azərbaycanı dostluq əlaqələri bağlayır"
# 07 oktyabr 2019 19:09 (UTC +04:00)

“Fransa ilə Azərbaycanı qədim dostluq əlaqələri bağlayır. Bu əlaqələr təhsil, siyasi və iqtisadi sahələrdə möhkəmlənir. Azərbaycan inkişaf edir, iqtisadiyyatı böyüyür. Azərbaycanlıların Avropaya və Frankofoniyaya marağı danılmazdır, bunu Azərbaycandakı Fransız İnstitutunun uğuru da təsdiqləyir”.

APA-nın Fransa Səfirliyinə istinadən verdiyi məlumata görə, bunu Fransanın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Zakari Qros deyib.

Onun sözlərinə görə, xaricdə yaşayan fransızların sayı daha çoxdur: “Bakı qonaqpərvər şəhərdir, burada dinamik şəxsi heyətinin sayı getdikcə artan yeni bir Fransız liseyi var. Fransanın Bakıdakı səfirliyinin kollektivi Fransa ilə maraqlanan azərbaycanlıların gözləntilərinə cavab vermək, eyni zamanda fransız icmasına xidmət etmək və əlbəttə ki, ölkəmizin çiçəklənməsində iştirak etmək əzmindədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR