Gürcüstan Xarici İşlər nazirinə "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi" medalı təqdim edilib

Gürcüstan Xarici İşlər nazirinə "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi" medalı təqdim edilib 
  • Clock-gray 17:37
  • calendar-gray 10 Sentyabr 2019

Gürcüstan Xarici İşlər Nazirliyində Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani ilə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov arasında görüş keçirilib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Azərbaycan və Gürcüstan arasında əlaqələrin möhkəmlənməsindəki xidmətlərinə görə Gürcüstan Xarici İşlər naziri David Zalkalianiyə Azərbaycan Respublikasının diplomatik xidmətinin 100 illiyinə həsr olunmuş "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi" yubiley medalını təqdim edib. Görüşdə iki ölkə arasındakı əməkdaşlığın aktual problemləri müzakirə olunub.

"Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığı illər əvvəl başlayıb və daha uzun illər davam edəcək", - deyə Dursun Həsənov qeyd edib.

Görüşlə bağlı təəssüratlarını özünün "Twitter" hesabında bölüşən David Zalkaliani bu medalı almağın onun üçün şərəf olduğunu qeyd edib. 
"Azərbaycanın Dövlət Mükafatını aldığım üçün qürur duyuram. Dostum Elmarla ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi istiqamətindəki səylərimizə sadiqik", - deyə paylaşımda qeyd olunub.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date