Gürcüstan XİN başçısı: “Baş Nazirin ilk səfərini Azərbaycana etməsi çox vacibdir”

Gürcüstan XİN başçısı: “Baş Nazirin ilk səfərini Azərbaycana etməsi çox vacibdir”
  • Clock-gray 11:52
  • calendar-gray 10 Oktyabr 2019

“Baş Nazir Giorgi Qaxarianın ilk rəsmi səfərini qonşu və strateji tərəfdaşımız olan Azərbaycana etməsi çox vacibdir”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani deyib.

Nazir bildirib ki, səfər mühüm beynəlxalq kontekstdə baş tutub.

“İlk ziyarətin strateji tərəfdaş olan qonşu Azərbaycana olması çox vacibdir. Bu əsas strateji tərəfdaşlarımızdan biri ilə ikitərəfli münasibətlərin möhkəmləndirilməsinin vacibliyini bir daha nümayiş etdirir. Qeyd etmək lazımdır ki, bu səfərdə ikitərəfli münasibətlər, bölgədə baş verən proseslər müzakirə edilib",-  deyə D. Zalkaliani bildirib.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date