Gürcüstanın Baş Naziri: “Keşikçidağ məsələsi ölkələrin milli maraqları çərçivəsində həll edilməlidir”

Gürcüstanın Baş Naziri: “Keşikçidağ məsələsi ölkələrin milli maraqları çərçivəsində həll edilməlidir”
# 10 oktyabr 2019 10:38 (UTC +04:00)

“Keşikçidağ məsələsi Azərbaycan və Gürcüstanın milli maraqları çərçivəsində həll edilməlidir”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Azərbaycana səfərinin yekunları ilə bağlı danışarkən Gürcüstanın Baş Naziri Giorgi Qaxaria deyib.

Baş Nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı Keşikçidağ məsələsi müzakirə edilib.

“Bildiyiniz kimi, biz dəfələrlə bildirmişik ki, bu məsələ hər iki ölkənin milli maraqları, tarixi irs və kilsə maraqları çərçivəsində həll edilməlidir. Bu, yanaşmamızın ən vacib komponentidir. Onu da xatırlatmaq istərdim ki, hər addım atarkən son dərəcə məsuliyyətli və ehtiyatlıyıq. Hamı başa düşməlidir ki, vətənə sevgi və vətənpərvərlik düşüncəsiz addımlar demək deyil”, - deyə G. Qaxaria qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR