Hikmət Çətin: “Azərbaycan sürətlə inkişaf edir”

Hikmət Çətin: “Azərbaycan sürətlə inkişaf edir”
# 07 avqust 2019 12:47 (UTC +04:00)

“Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı Türkiyənin sabiq Xarici İşlər naziri Hikmət Çətinə təqdim olunub.

APA-nın yerli bürosunun məlumatına görə, bununla bağlı Ankarada, Azərbaycanın Türkiyədəki səfirliyində mərasim keçirilib.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim yubiley medalını H. Çətinə təqdim edib.

H. Çətin “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif olunmasını yüksək qiymətləndirib.

Sabiq nazir bildirib ki, Azərbaycan sürətlə inkişaf edir və bu, onu çox sevindirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR