Hikmət Hacıyev: "Azərbaycanın gündəliyində KTMT-yə qoşulmaq məsələsi yoxdur"

Hikmət Hacıyev: "Azərbaycanın gündəliyində KTMT-yə qoşulmaq məsələsi yoxdur"
# 17 sentyabr 2019 11:56 (UTC +04:00)

Azərbaycanın gündəliyində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulmaqla bağlı məsələ yoxdur.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

"Hal-hazırda belə bir məsələ yoxdur. Azərbaycan hər hansı status üçün müraciət etməyib. Yəni, bizdə bu əsnada hər hansı müzakirə aparılmır", - deyə Hikmət Hacıyev qeyd edib.

Ermənistan tərəfinin bunun əleyhinə olması ilə bağlı İrəvanın bəyanatlarına münasibət bildirən şöbə müdiri vurğulayıb ki, görünür, Ermənistan tərəfinin müxtəlif səviyyələrdə fobiyası var: "Azərbaycan müraciət etmədiyi halda belə, o fobiya və koplekslərdən irəli gələrək, Ermənistan hər bir məsələni diplomatik çərçivədən kənar şəkildə müzakirə etməyə cəhd göstərir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR