Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib

Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib
# 12 iyul 2019 19:43 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monteneqronun Prezidenti Milo Cukanoviçə təbrik ünvanlayıb.

APA-nın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Monteneqronun milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Monteneqro arasındakı dostluq və əməkdaşlıq münasibətləri ardıcıl şəkildə inkişaf edərək xalqlarımızın rifahına bundan sonra da töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR