İordaniya Krallığının Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

İordaniya Krallığının Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb
# 22 iyul 2019 20:50 (UTC +04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması münasibətilə İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Nassar İbrahim Məhəmməd Əl-Habaşnehi qəbul edib.

XİN-dən APA-ya verilən məlumata görə, görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif məsələlərini müzakirə etdilər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi üzrə fikir mübadiləsi aparıblar.

Səfir Nassar İbrahim Məhəmməd Əl-Habaşnehi diplomatik fəaliyyəti müddətində Azərbaycan tərəfindən ona göstərilən dəstəyi xüsusilə qeyd edib və bu xüsusda öz təşəkkürünü ifadə edib.

Nazir Elmar Məmmədyarov səfir Nassar İbrahim Məhəmməd Əl-Habaşnehə gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR