Əli Əsədov Giorgi Qaxariyanı yenidən Gürcüstanın Baş naziri təyin edilməsi münasibətilə təbrik edib

Əli Əsədov Giorgi Qaxariyanı yenidən Gürcüstanın Baş naziri təyin edilməsi münasibətilə təbrik edib
# 25 dekabr 2020 14:07 (UTC +04:00)

Dekabrın 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Giorgi Qaxariyaya yenidən Gürcüstanın Baş naziri təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktubda Giorgi Qaxariyanın yenidən Baş nazir vəzifəsinə təyin edilməsinin ölkəsinin tərəqqisinə və onun beynəlxalq mövqelərinin daha da güclənməsinə xidmət edəcəyinə, iki xalq arasında dostluq ənənələrinə əsaslanan Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq və hərtərəfli əməkdaşlığının davamlı inkişafına töhfələr verəcəyinə ümidvarlıq ifadə olunub.

Baş nazir Əli Əsədov Giorgi Qaxariyaya Gürcüstan xalqının firavanlığı naminə qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR