Əli Əsədov Gürcüstanın Baş Nazirinə məktub ünvanlayıb

Əli Əsədov Gürcüstanın Baş Nazirinə məktub ünvanlayıb
# 02 noyabr 2020 14:53 (UTC +04:00)

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov noyabrın 2-də Gürcüstanın Baş Naziri Giorgi Qaxariyaya məktub ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məıumata görə, Baş Nazir Əli Əsədov Gürcüstanda keçirilmiş parlament seçkilərində “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının qalib gəlməsi münasibətilə Baş Nazir Giorgi Qaxariyanı təbrik edib.

Bu qələbənin hakim partiyanın uğurlu siyasətinə dost Gürcüstan xalqı tərəfindən verilən yüksək qiymətin təcəssümü olduğu vurğulanıb, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli inkişafına bundan sonra da töhfə verəcəyinə əminlik idafə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR