Əli Əsədov Məsud Yılmazın vəfatı ilə əlaqədar Türkiyə səfirliyində başsağlığı verib

Əli Əsədov Məsud Yılmazın vəfatı ilə əlaqədar Türkiyə səfirliyində başsağlığı verib
# 04 noyabr 2020 17:13 (UTC +04:00)

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov noyabrın 4-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinə gedərək, səfir Erkan Özoral ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Nazir Əli Əsədov Türkiyə Respublikasının keçmiş Baş Naziri, görkəmli siyasətçi və dövlət xadimi Məsud Yılmazın vəfatı ilə əlaqədar başsağlığı verib.

Baş Nazir səfirlikdə açılan matəm kitabına ürək sözlərini yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR