Əli Əsədov Türkiyənin Vitse-prezidentinə telefonla zəng edib

Əli Əsədov Türkiyənin Vitse-prezidentinə telefonla zəng edib
# 30 oktyabr 2020 18:59 (UTC +04:00)

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov oktyabrın 30-da Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya telefonla zəng edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Nazir Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycanın qardaş ölkəyə hər cür yardım göstərməyə hazır olduğunu vurğulayıb.

Fuat Oktay telefon zənginə və göstərilən diqqətə görə minnətdarlığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR