Əli Əsədov Ukraynanın yeni Baş Nazirini təbrik edib

Əli Əsədov Ukraynanın yeni Baş Nazirini təbrik edib
# 06 mart 2020 14:49 (UTC +04:00)

Baş Nazir Əli Əsədov Denis Şmıqala Ukraynanın Baş Naziri təyin edilməsi münasibətilə təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, Baş Nazir təbrik məktubunda bildirib ki, Azərbaycan ilə Ukrayna arasındakı ənənəvi dostluq əlaqələri, qarşılıqlı faydalı əməkdaşlıq dövlətlərarası münasibətləriin inkişafı üçün möhkəm bünövrədir.

Ə. Əsədov iİkitərəfli əlaqələrin, strateji əməkdaşlığın daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində birgə addımlar atılacağına ümidvar olduğunu qeyd edib: ”Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Ukrayna xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR