Liu Zenmin: “Azərbaycanda olmaqdan məmnunam”

Liu Zenmin: “Azərbaycanda olmaqdan məmnunam”
# 24 iyun 2019 12:29 (UTC +04:00)

“Azərbaycanda olmaqdan məmnunam. Forumun təşkilinə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Eyni zamanda Azərbaycan xalqına da BMT-nin bu Forumuna verdiyi dəstəyə və qonaqpərvərliyinə görə minnətdaram".

APA-nın xəbərinə görə, bunu BMT baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Zenmin bildirib.

"Bu Forum sayəsində biz dövlət xidmətlərini dünyada təşviq edirik. Dövlət xidmətlərinin mükafatları sayəsində Azərbaycanın “ASAN xidmət” modeli də daxil olmaqla ən optimal təcrübələri digər ölkələrlə bölüşürük", - deyə L. Zenmin qeyd edib .

Liu Zenmin həmçinin BMT adından Azərbaycan hökumətini “ASAN xidmət” təşəbbüsü münasibətilə təbrik edib və BMT-nin Azərbaycan hökuməti ilə əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözlədiyini diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR