Nazir müavini: "Azərbaycan və Aİ arasında yeni saziş üzrə danışıqlarda irəliləyişlər əldə olunub"

Nazir müavini: "Azərbaycan və Aİ arasında yeni saziş üzrə danışıqlarda irəliləyişlər əldə olunub"
# 09 iyul 2019 10:03 (UTC +04:00)

"Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında yeni saziş üzrə danışıqlarda bəzi sahələr üzrə irəliləyişlər əldə olunub, bəzi sahələrlə bağlı isə müzakirələr davam edir".

Bunu APA-ya açıqlamasında Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

M. Məmmədquliyev sazişin imzalanması barədə tarix söyləməyi isə düzgün saymayıb: "Danışıqlar nə zaman başa çatsa, saziş də o zaman imzalanacaq".

Xarici işlər nazirinin müavini Avropa İttifaqı Şurasının sədri Donald Tuskun bu gün Azərbaycana rəsmi səfəri çərçivəsində sazişin imzalanmasının nəzərdə tutulmadığını da bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR