Mahmud Məmmədquliyev Gürcüstana səfər edəcək

Mahmud Məmmədquliyev Gürcüstana səfər edəcək
# 05 iyul 2019 16:39 (UTC +04:00)

Azərbaycanın Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev iyulun 11-12-də Gürcüstana səfər edəcək.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xarici İşlər naziri David Zalkaliani bildirib.

Onun sözlərinə görə, səfər "Şərq Tərəfdaşlığı" proqramının 10-cu il dönümü münasibəti ilə keçirilən beynəlxalq konfrans çərçivəsində baş tutacaq.

D. Zalkaliani qeyd edib ki, konfransda Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk da iştirak edəcək. Yüksək səviyyəli tədbirdə Avropa İttifaqının üzvü olan ölkələrdən 8 Xarici İşlər naziri də iştirak edəcək.

Konfrans çərçivəsində Avropa İttifaqı ilə Gürcüstan arasında 47 milyon avro həcmində yardım müqaviləsi də imzalanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR