“Meqafon” şirkəti saytda ölkəmizə qarşı qərəzli məlumat yerləşdirən əməkdaşlarını cəzalandırıb 

“Meqafon” şirkəti  saytda ölkəmizə qarşı qərəzli məlumat yerləşdirən əməkdaşlarını cəzalandırıb 
# 16 iyul 2019 20:58 (UTC +04:00)

Rusiyanın ən böyük mobil operatoru olan “Meqafon” şirkəti saytda Azərbaycanın ərazi bütövlüyünə qarşı edilən hörmətsizliklə bağlı daxili təhqiqat aparır.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə “Meqafon” şirkətindən Azərbaycannın Rusiyadakı səfirliyinə daxil olan məlumatda bildrilib.
Qeyd olunub ki. sayta həmin məlumatı yerəşdirməyə məsul əməkdaşlar vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılıb və onları Rusiya Federasiyası Əmək Məcəlləsi çərçivəsində intizam cəzası gözləyir.

Kompaniyanın saytının yenilənməsi işi aparılan zaman düzgün olmayan informasiya aşkarlanıb. Dağlıq Qarabağın Azərbaycan Respublikasının tərkibinə daxil olmayan müstəqil ərazi kimi göstərilib. Kompaniyanın idarəçiliyi tərəfindən bu səhv məlumat aşkarlanan kimi dərhal düzəldilib.

"Meqafon"un Direkorlar Şurasının sədri Yevgeni Bıstrıx adından imzalanan məktubda bildirilib ki, "Meqafon"un əsas iş prinsiplərindən biri şirkətin öz kommersiya fəaliyyətini siyasi və dini məzmundan kənar həyata keçirməkdi: "Biz baş verən hadisədən təəssüf hissi keçirir, bir daha vurğulamaq isəyirik ki, bu, heç də pis niyyətlə deyil, səhvən baş verib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR