Misirin Azərbaycandakı səfiri: “Hökumətlərarası komissiyanın növbəti iclası bu ilin payızında Bakıda keçiriləcək”

Misirin Azərbaycandakı səfiri: “Hökumətlərarası komissiyanın növbəti iclası bu ilin payızında Bakıda keçiriləcək”
# 10 iyul 2019 20:49 (UTC +04:00)


Azərbaycan-Misir birgə hökumətlərarası komissiyanın növbəti iclası bu ilin payızında Bakıda keçiriləcək.

Bunu APA-ya açıqlamasında Misirin Azərbaycandakı səfiri Adel İbrahim bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Misir arasında əlaqələr əsasən siyasət, mədəniyyət və turizm sahələrində inkişaf edir.

A.İbrahim qeyd edib ki, iqtisadiyyat sahəsində əlaqələrin genişlənməsi üçün işlər görülür.

Səfir əlavə edib ki, son zamanlar Azərbaycana gələn misirli iş adamlarının sayı artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR