Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin rektoruna Azərbaycan XİN-in 100 illiyi medalı təqdim edilib

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin rektoruna Azərbaycan XİN-in 100 illiyi medalı təqdim edilib
# 21 oktyabr 2019 19:39 (UTC +04:00)

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin (MQİMO) rektoru Anatoli Torkunova Azərbaycan XIN-in 100 illiyi medalı təqdim edilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, MQİMO-nun 75 illik yubiley ilə əlaqədar keçirilən təntənəli məclisdə iştirak edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilk öncə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin təbrik məktubunu səsləndirib.

Səfir çıxışının sonunda Anatoliy Torkunova “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 100 illik medalı”nı təqdim edib.

Rektor jurnalistlərə açıqlamasında diqqətə görə Azərbaycan Respublikasının Prezidentinə təşəkkürünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR