Nazir: “Azərbaycan müstəqil xarici siyasət yürüdür, demokratikləşməyə xüsusi əhəmiyyət verir”

Nazir: “Azərbaycan müstəqil xarici siyasət yürüdür, demokratikləşməyə xüsusi əhəmiyyət verir”
  • Clock-gray 11:17
  • calendar-gray 23 Oktyabr 2019

“Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq siyasi təşkilat olaraq Hərəkatımız siyasi məsləhətləşmələr və praktiki əməkdaşlıq üçün geniş və əhatəli bir platformanı təmin edir”. 

Xarici İşlər Nazirliyindən (XİN) APA-ya verilən məlumata görə, bunu Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının XVIII Zirvə Toplantısı çərçivəsində Bakıda keçirilən Nazirlərin hazırlıq görüşündə Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.

O bildirib ki, tarix boyu Qoşulmama Hərəkatı beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmlənməsində əsas rol oynayıb: “Soyuq müharibənin sonu Hərəkatımızın beynəlxalq münasibətlər sistemindəki rolunu azaltmamış, əksinə artan çağırışlar fonunda əhəmiyyətini artırıb. Bu gün qarşımızda duran əsas vəzifə, yarandığı dövrdə olduğu kimi hələ də aktuallığını saxlayan Hərəkatın təməl prinsiplərini təbliğ etmək və dəstəkləməklə mövcud geosiyasi mənzərədəki yeni reallıqlara adekvat olması məqsədilə Hərəkatın rolunu aktivləşdirməkdən ibarət olmalıdır.

Azərbaycan Qoşulmama Hərəkatının sonuncu iştirakçısıdır, çünki o, 2011-ci ilin may ayında Hərəkatın tamhüquqlu üzvü olub. Cəmi 8 ildə Qoşulmama Hərəkatının tam etimadını qazanaraq ona sədrlik etmək imkanını əldə etdik. Fürsətdən istifadə edərək, Qoşulmama Hərəkatının üzv dövlətlərinin hamısına bu böyük şərəfə görə təşəkkür edirəm və Hərəkatın təməl prinsiplərinə ciddi riayət etdiyimizi bir daha təkrar edirəm”.

Nazir qeyd edib ki, Azərbaycan müstəqil xarici siyasət yürüdür və heç bir hərbi ittifaqın üzvü deyil: “Eyni zamanda, biz sürətlə inkişaf edən ölkəyik, davamlı inkişafa, demokratikləşməyə, insan hüquqlarına və sosial ədalətə hörməti artırmağa xüsusi əhəmiyyət veririk. Sədrliyimiz dövründə ən çox diqqət edəcəyimiz prioritet sahələrdən biri də gənclərin səlahiyyətlərinin artırılmasıdır. Uğurlu gənclər siyasəti cəmiyyətin davamlı inkişafının təmin olunmasında mühüm rol oynayır".

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date