Nazir müavini: “Azərbaycan Avropa İttifaqı ilə strateji tərəfdaşlığı davam etdirir”

Nazir müavini: “Azərbaycan Avropa İttifaqı ilə strateji tərəfdaşlığı davam etdirir”
# 11 iyul 2019 17:13 (UTC +04:00)

“Asiya və Avropa arasında təbii körpü kimi strateji rol oynayan Azərbaycan 4 əsas - şərq-qərb, cənub-şimal, cənub-qərb və şimal-qərb dəhlizləri üzrə investisiya yatırıb”.

APA-nın xəbərinə görə, bunu “Şərq Tərəfdaşlığı”nın 10-cu il dönümünə həsr olunmuş Batumi Beynəlxalq Konfransında çıxış edən Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev Azərbaycanın 10 il ərzində gördüyü işləri şərh edərkən deyib.

Nazir müavini bildirib ki, Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan və Avropa İttifaqı strateji tərəfdaşlığı davam etdirirlər.

“Biz Niderland, İtaliya, Gürcüstan, Ukrayna, Polşa, Rumıniya, Avstriya, Macarıstan və Almaniyadan olan özəl şirkətləri logistika layihələrinə cəlb etmişik. Yeni Bakı Dəniz Ticarət Limanının tutumu 15 milyon ton olacaq. Limanın potensial tutumu isə 25 milyona çatacaq. Gələcəkdə Çin, Yaponiya, Cənubi Koreya və Vyetnam bizim nəqliyyat və logistika potensialımızdan istifadə edə bilər”, - M. Məmmədquliyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR