Nazir müavini: “Azərbaycanın qonşu dövlətlərlə münasibətləri qarşılıqlı hörmət və dostluğa söykənir”

Nazir müavini: “Azərbaycanın qonşu dövlətlərlə münasibətləri qarşılıqlı hörmət və dostluğa söykənir”
# 19 sentyabr 2019 10:49 (UTC +04:00)

“Bu gün Azərbaycanın Rusiya ilə münasibətləri strateji tərəfdaşlığa, İranla münasibətləri şəffaflığa, etimada, qarşılıqlı hörmətə, Türkiyə ilə münasibətləri isə dostluğa və qardaşlığa söykənir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

O bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli əməkdaşlıq regionun sabitliyində və inkişafında böyük rol oynayıb.

Nazir müavininin sözlərinə görə, Azərbaycan Qərbdəki tərəfdaşları ilə əməkdaşlıqdan əlavə, qonşu dövlətlərlə də qarşılıqlı hörmət və maraqlar əsasında uğurlu layihələr həyata keçirir.

X. Xələfov qeyd edib ki, İran, Rusiya, ABŞ və Qərb eyni platformada əməkdaşlıq edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR