Nazir: “Təşəbbüsümüzlə keçirilən layihələr bölgənin iqtisadi təhlükəsizliyini möhkəmləndirir”

 Nazir: “Təşəbbüsümüzlə keçirilən layihələr bölgənin iqtisadi təhlükəsizliyini möhkəmləndirir”
# 10 oktyabr 2019 17:23 (UTC +04:00)

“Dünyadakı ölkələrin böyük əksəriyyəti çoxkonfessiyalı ölkələr və bir çox millətlərin nümayəndələrinin yaşadığı ölkələrdir. Monoetnik ölkələr istisnadır. Buna görə də humanitar sahədə əməkdaşlıq, müxtəlif konfessiyaların və etnik qrupların nümayəndələri arasında qarşılıqlı anlaşma hər bir ölkədə milli harmoniya, həm də əməkdaşlığımız üçün vacibdir”.

Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) APA-ya verilən məlumata görə, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov Aşqabadda MDB Xarici İşlər Nazirləri Şurasının dar tərkibli iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan multikulturalizmin təbliğinə böyük əhəmiyyət verir: “Azərbaycanda bütün etnik və dini qruplar sülh və əmin-amanlıq şəraitində yaşayır. Son illərdə bir sıra qlobal tədbirlər keçirdik, dialoq və qarşılıqlı anlaşmanı təşviq edən təşəbbüslər irəli sürdük. Bu xüsusda, BMT-nin Baş Assambleyası və Baş katibi tərəfindən mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platforma kimi tanınan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qeyd edilməlidir. İnanıram ki, humanitar sahədə konstruktiv əməkdaşlığın davam edilməsi bundan sonra da dövlətlərimiz arasında etimadın möhkəmləndirilməsinə və Birliyin inkişafına öz töhfəsini verəcəkdir. Humanitar əlaqələr ilə yanaşı, ölkələrimiz həm çoxtərəfli, həm də ikitərəfli formatlarda iqtisadi əməkdaşlıq potensialını uğurla inkişaf etdirir”.

E. Məmmədyarov qeyd edib ki, bu gün Azərbaycanda bazar iqtisadiyyatının inkişafı üçün bütün imkanlar yaradılıb və böyük uğurlar əldə olunub: “Son 15 ildə iqtisadi inkişaf proqramlarının uğurlu icrası sayəsində Azərbaycan iqtisadiyyatı qlobal miqyasda yüksək inkişaf səviyyəsinə çatıb. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı hökumətimizin əsas uzunmüddətli hədəfləridir. Bu islahatları birləşdirmək və iqtisadiyyatın rəqabət qabiliyyətini və dayanıqlığını artırmaq üçün 2021-2025-ci illər dövrünə nəzərdə tutulmuş daha dərin iqtisadi islahatlar proqramının hazırlanması başlandı. Ümumi əlverişli iş mühiti və məqsədyönlü islahatlar biznes və investorlar üçün əlavə imkanlar təmin edəcək. İqtisadi siyasətdə beynəlxalq qarşılıqlı əlaqələrin inkişafı xüsusi yer tutur. Nəqliyyat əlaqələrini təşviq etməklə, Azərbaycan regional qarşılıqlı faydalı əməkdaşlığın inkişafına yönəlmiş səylərə mühüm töhfə verir. Hesab edirəm ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr bölgənin iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir və bu sahədə investisiya layihələri üçün yaxşı imkanlar var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR