Pərviz Şahbazov Qazaxıstan səfirini qəbul edib

Pərviz Şahbazov Qazaxıstan səfirini qəbul edib
# 08 oktyabr 2019 15:58 (UTC +04:00)

Energetika naziri Pərviz Şahbazov Qazaxıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Serjan Abdıkarimovu qəbul edib.

Qazaxıstan səfirliyindən APA-ya verilən məlumata görə, görüşdə tərəflər yüksək səviyyədə əldə edilmiş razılaşmaların keyfiyyətli şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıblar, investisiya və ticari-iqtisadi əlaqələrin mövcud vəziyyətini və perspektivlərini, qarşılıqlı maraq doğuran yeni sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

Görüş zamanı neft-qaz, dəmiryol nəqliyyatı və tranziti, logistika, taxıl və buğda tədarükü, turizm və bir sıra digər istiqamətlərdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Qeyd olunub ki, Bakıda Qazaxıstan-Azərbaycan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR