Prezident İlham Əliyev Monqolustan Prezidentini təbrik edib

Prezident İlham Əliyev Monqolustan Prezidentini təbrik edib
# 10 iyul 2019 18:15 (UTC +04:00)

Prezident İlham Əliyev Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqanı bu ölkənin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın xəbərinə görə, təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Monqolustan əlaqələri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına daim sülh və rifah diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR