Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib  - YENİLƏNİB
# 15 noyabr 2019 17:26 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Qüds Sefardi ortodoks baş ravvini Şlomo Amarı qəbul edib.

APA xəbər verir ki, söhbət zamanı Bakıda keçirilən Dünya dini liderlərinin ikinci Sammitinin əhəmiyyəti qeyd edilib. Bu tədbirdə dünyanın bir sıra ölkələrindən böyük nümayəndə heyətlərinin, nüfuzlu ictimai və din xadimlərinin iştirakından məmnunluq ifadə olunub.

Qüds Sefardi ortodoks baş ravvini Şlomo Amarın dinlərarası dialoq və Azərbaycanla bağlı fikirlərinin önəmi vurğulanıb. Şlomo Amar Azərbaycana səfərindən və dünya dini liderlərinin sammitində iştirakından dərin məmnunluq hissi keçirdiyini bildirərək ölkəmizə və dövlətimizin başçısına xeyir-dualarını çatdırıb.

***

16:18

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Qüds Sefardi ortodoks baş ravvini Şlomo Amarı qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR