Qazaxıstanın Azərbaycandakı səfiri geri çağırılıb

Qazaxıstanın Azərbaycandakı səfiri geri çağırılıb
# 19 iyul 2019 10:33 (UTC +04:00)

Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev ölkə prezidentinin parlamentdəki nümayəndəliyinin rəhbəri təyin edilib.

APA-nın “Nur.kz” saytına istinadən verdiyi xəbərə görə, bununla bağlı Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev müvafiq fərman imzalayıb.

B. İsabayev bu vəzifədə Kayrat Nurpeyisovu əvəzləyib.

Digər müvafiq qərarla B. İsabayev Qazaxıstanın Azərbaycandakı səfiri vəzifəsindən geri çağırılıb.

B. İsabayevin yerinə təyinat olmayıb. Onun vəzifəsini səfirin müşaviri Darxan Kuşerbayev icra edir.

Qeyd edək ki, B. İsabayev Azərbaycanda 2015-2019-cu illərdə çalışıb. Bundan öncə o, Qazaxıstanın Qırğızıstandakı, Pakistandakı və Türkiyədəki səfiri vəzifəsində fəaliyyət göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR