Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev Azərbaycana gəlib

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev Azərbaycana gəlib
  • Clock-gray 16:44
  • calendar-gray 14 Oktyabr 2019

Qazaxıstan Respublikasının birinci Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayev Şuranın VII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.

APA-nın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Nursultan Nazarbayevi hava limanında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date