Qoşulmama Hərəkatının Bakı sammitində 60 ölkənin dövlət və hökumət başçısının iştirakı təsdiqlənib

Qoşulmama Hərəkatının Bakı sammitində 60 ölkənin dövlət və hökumət başçısının iştirakı təsdiqlənib
  • Clock-gray 12:31
  • calendar-gray 22 Oktyabr 2019

Qoşulmama Hərəkatının Bakı sammitində 60 ölkənin dövlət və hökumət başçısının iştirakı təsdiqlənib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov mətbuat konfransında bildirib.

O qeyd edib ki, Bakıda keçiriləcək sammitdə dövlət və hökumət başçıları ilə yanaşı, XİN və beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı da gözlənilir.

Xatırladaq ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşü 2019-cu il 25-26 oktyabr tarixlərində keçiriləcək.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date