Ərdoğan: “44 günlük savaş sonrası ortaya çıxan nəticə eyni şəkildə Türkiyədəki qardaşlarınızı da sevindirdi”

Ərdoğan: “44 günlük savaş sonrası ortaya çıxan nəticə eyni şəkildə Türkiyədəki qardaşlarınızı da sevindirdi”
# 10 dekabr 2020 19:54 (UTC +04:00)

“Dəyərli qardaşıma, hörmətli Prezidentə mən də xüsusən bu Zəfər günündə verdiyi bu mesaj səbəbi ilə şəxsim və nümayəndə heyətimiz adından çox-çox təşəkkür edirəm. Bu Zəfərin başda bu işin liderliyini həyata keçirən qardaşıma, onun şəxsində bütün Azərbaycan türk qardaşlarıma mübarək olmasını şəxsim, heyətim və millətim adına diləyirəm və təkrar təbrik edirəm”.

APA-nın məlumatına görə, bunu bu gün Türkiyə və Azərbaycan arasında sənədlərin imzalanması mərasimindən sonra keçirilən mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti deyib ki, 44 günlük savaş sonrası ortaya çıxan nəticə Azərbaycandakı qardaşlarımızı necə sevindirdisə, eyni şəkildə Türkiyədəki qardaşlarını da sevindirib: “Bu, bütün millətimizin şəxsində yaşanan bir sevincdir. Gərək hökumətimiz, gərəksə də parlamentin böyük bir qismi olaraq bu sevinci bərabər yaşadıq. Yazılı və görüntülü medianın da böyük bir qismi eyni şəkildə bu Zəfəri davamlı olaraq bərabər təbrik etdilər və mesajlarını da bu istiqamətdə verdilər. Təbii ki, bu mərasimlərə qardaşımın da dəvəti ilə gəldik. Küçələrdəki bu həyəcanı gördüyümüz zaman belə bir Zəfərin nəticəsində “coşqu ancaq belə olardı, bu şəkildə olardı”, deyə düşündük. Təbii ki, belə bir Zəfəri təbrik etmək, mübarək olsun demək də hər halda bizim vəzifəmizdir. Allah bundan sonrakı prosesi uğurlarla dolu olaraq davam etdirməyi nəsib etsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR