Ərdoğan Azərbaycanın UNESCO-dakı nümayəndələrinə təşəkkür edib

Ərdoğan Azərbaycanın UNESCO-dakı nümayəndələrinə təşəkkür edib
  • Clock-gray 21:25
  • calendar-gray 16 Fevral 2021

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan UNESCO-da Yunus Əmrənin vəfatının 700-cü ildönümünün qeyd olunması ilə əlaqədar Azərbaycanın UNESCO-dakı nümayəndələrinə təşəkkür edib.

APA-nın yerli bürosunun xəbərinə görə, R.T.Ərdoğan Türkiyədə 2021-ci ilin “Bizim Yunus ili” olaraq elan edilməsilə əlaqədar keçirilən tədbirlər silsiləsinin açılış mərasimində danışarkən bunu bildirib.

Türkiyə Prezidenti deyib ki, Türkiyə Yunus Əmrəni bəşəriyyət üçün ortaq bir dəyər kimi təqdim etmək, eləcə də türk dilinin yaşamasında xidmətlərini dəyərləndirmək üçün, türk dilinin mədəniyyət dili olaraq doğru istifadəsinə dair ölkə daxilində və xaricdə silsilə tədbirlər keçiriləcək.

Türkiyə Prezidenti 1991-ci ilin UNESCO tərəfindən “Yunus Əmrə və sevgi ili” elan edilməsindən sonra bu il də UNESCO-da Yunus Əmrənin vəfatının 700-cü ildönümünün qeyd olunmasında xüsusilə Azərbaycan, Bosniya Herseqovina, Şimali Makedoniya və Özbəkistan təmsilçilərinin xidməti olduğunu bildirib.

Qeyd edək ki, 2021-ci il Türkiyədə “İstiklal marşı”, “Yunus Əmrə və Türkcə” və “Hacı Bektaş Vəli” ili elan olunub.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər