Ərdoğan: “Azərbaycanla həmrəyliyimiz terrorla mübarizədə də davam edir”

Ərdoğan: “Azərbaycanla həmrəyliyimiz terrorla mübarizədə də davam edir”
  • Clock-gray 18:03
  • calendar-gray 25 Fevral 2020

“Həmrəyliyimiz terrorla mübarizədə də davam edir”.

APA-nın məlumatına görə, bunu bu gün Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasından sonra mətbuata bəyanatında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan deyib ki, FETÖ terror təşkilatı ilə mübarizədə Türkiyəyə ən çox dəstək verən Azərbaycan olub: “Elazığ zəlzələsində də Azərbaycanı yanımızda hiss etdik. Azərbaycana təşəkkür edirik”.

R. T. Ərdoğan qeyd edib ki, dörd tərəfdə terror hadisələri baş verdiyi bir vaxtda Azərbaycan və Türkiyə sabitlik adasıdır: “Bunda ordularımızın güclü olması önəmlidir. Bu baxımdan müdafiə sənayelərimizin gücləndirilməsi önəmlidir. “Barış bulağı” əməliyyatı ilə bir millət, iki dövlət olduğumuzu dünyaya göstərdik”.

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date