Ərdoğan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun maliyyələşdirilməsi ilə bağlı protokolu təsdiqləyib

Ərdoğan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun maliyyələşdirilməsi ilə bağlı protokolu təsdiqləyib
# 25 mart 2021 17:03 (UTC +04:00)

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun maliyyələşdirilməsi ilə bağlı protokolu təsdiqləyib.

Fonddan APA-ya verilən məlumata görə, protokola əsasən, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun büdcəsi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv olan ölkələrin, o cümlədən Türkiyənin ödənişləri əsasında formalaşdırılacaq.

Xatırladaq ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü, Qazaxıstan, Qırğızıstan və Türkiyə Respublikaslarının dövlət başçılarının dəstəyi ilə yaradılmışdır. 2019-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Toplantısında Özbəkistan təşkilata üzv, Macarıstan isə müşahidəçi ölkə statusunu qazanmışdır. 2021-ci il fevral ayında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Litva Respublikasının Azərbaycandakı Səfirliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Təşkilatın mənzil-qərargahı Bakı şəhərində yerləşir. Qeyd edək ki, Fondun binasının açılış mərasimi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşü çərçivəsində 2019-cu il oktyabrında Fonda üzv və müşahidəçi ölkələrin xarici işlər nazirlərinin, beynəlxalq türkdilli təşkilatların rəhbərlərinin iştirakı ilə baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR