Ərdoğan: “Əgər Ermənistan “altılıq platforması” təşəbbüsünə qatılsa, əlaqələrimizdə yeni səhifə açıla bilər”

Ərdoğan: “Əgər Ermənistan “altılıq platforması” təşəbbüsünə qatılsa, əlaqələrimizdə yeni səhifə açıla bilər”
# 11 dekabr 2020 13:23 (UTC +04:00)

“Üzərində çalışdığımız “altılıq platforması” hər kəsə qazanmaq imkanı yaradacaq bir təşəbbüsdür”.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, əgər Ermənistan bu prosesə qatılıb müsbət addımlar atsa, Türkiyə-Ermənistan əlaqələrində yeni səhifə açıla bilər: “Yeni imkanlar meydana çıxacağı təqdirdə şübhəsiz, ki burada Ermənistanın qazancı da ciddi mənada artacaq. Bundan ən çox Ermənistan qazanacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR