Ərdoğan: “Türk dünyasındakı həmrəyliyimizin daha da böyüməsi bizim üçün qürurdur”

Ərdoğan: “Türk dünyasındakı həmrəyliyimizin daha da böyüməsi bizim üçün qürurdur”
  • Clock-gray 13:16
  • calendar-gray 14 Oktyabr 2019

“Türk dünyasındakı həmrəyliyimizin daha da böyüməsi bizim üçün qürurdur”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşündə iştirak edəcək.

“Bakıda ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyəm”, - deyə Türkiyə Prezidenti qeyd edib.

Ərdoğan vurğulayıb ki, sentyabrda Budapeştdə Türk Şurasının Avropa nümayəndəliyinin açılması Türk Şurasının gücünə güc qatıb.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər

Arxiv

date