Səfir: “Macarıstan Türk Şurasının Bakı toplantısında ən yüksək səviyyədə təmsil olunacaq”

Səfir: “Macarıstan Türk Şurasının Bakı toplantısında ən yüksək səviyyədə təmsil olunacaq”
# 19 sentyabr 2019 17:17 (UTC +04:00)

“Macarıstan Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşündə ən yüksək səviyyədə təmsil olunacaq”.

Bunu APA-ya açıqlamasında Macarıstanın Azərbaycandakı səfiri Viktor Şederkenyi deyib.

Səfir xatırladıb ki, Macarıstan ötən ilin sentyabr ayında Türk Şurasının Qırğızıstanda keçirilən VI Zirvə toplantısında iştirak edib və Şurada müşahidəçi statusu alıb.

Qeyd edək ki, bu gün Macarıstanın paytaxtı Budapeştdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Nümayəndəliyinin açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Macarıstanın Xarici İşlər nazirləri iştirak ediblər.

Xatırladaq ki, Türk Şurasının 7-ci Zirvə toplantısı 15 oktyabr 2019-cu ildə Bakıda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR