Tbilisidə Apellyasiya Məhkəməsinin önündə aksiya keçirilib

Tbilisidə Apellyasiya Məhkəməsinin önündə aksiya keçirilib
# 24 iyun 2019 12:03 (UTC +04:00)

Tbilisidə Apellyasiya Məhkəməsinin önündə həmrəylik aksiyası keçirilib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, aksiyada Ali Ədliyyə Şurasının əməkdaşları, QHT nümayəndələri və gənclər iştirak ediblər. Onlar iyunun 20-21-də Rustaveli prospektində keçirilən nümayiş zamanı həbs edilənlərin azadlığa buraxılmasını tələb ediblər.

Nümayişçilər bildiriblər ki, məhkəmədə 100 nəfər haqqında həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyi ixtişaş zamanı 305 nəfərin saxlanıldığını açıqlayıb. Bu gün Apellyasiya Məhkəməsində onlardan 12-nin şikayətinə baxılacağı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR